İyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan oyunlara 48 idmançı ilə qatılır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan əvvəllər 7 olimpiadada yarışıb, 1996-cı ildə 1 gümüş, 2000-ci ildə 2 qızıl, 1 bürünc, 2004-cü ildə 1 qızıl, 4 bürünc, 2008-ci ildə 1 qızıl, 1 gümüş, 4 bürünc, 2012-ci ildə 2 qızıl, 2 gümüş, 5 bürünc, 2016-cı ildə 1 qızıl, 7 gümüş, 10 bürünc, 2021-ci ildə 3 gümüş, 4 bürünc medal qazanıb.