Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi məlumata görə, ilk rübdə ölkənin ümumi daxili məhsulu 2023-cü ilin eyni dövrünə nəzərən 14,3 faiz artıb.
Sənaye istehsalında yüksəliş 30,4 faiz, ticarət dövriyyəsində 26,5 faiz, tikinti sektorunda 11,7 faiz, xidmət sahəsində 5 faiz, kənd təsərrüfatında 3,7 faiz göstərilir.
Hesabata əsasən, ixracda 2,7 dəfə, idxalda 75,8 faiz artım qeydə alınıb.
Başqa bir məlumatda bildirilir ki, yanvar-mart aylarında ötən ilin ilk rübü ilə müqayisədə doğulanlar 697 nəfər azalıb, ölənlər 341 nəfər artıb, nikahda 186 düşmə, boşanmada 36 yüksəliş rəsmiləşib.