Ermənistanın Turizm Komitəsi rüblük hesabat yayıb. Statistikaya görə, 2024-cü ilin yanvar-mart aylarında ölkəni 435,8 minə yaxın əcnəbi ziyarət edib, onların 42 faizi Rusiya, 14 faizi Gürcüstan, 8 faizi İran, 3 faizi Hindistan, 2 faizi Filippindən, qalanı başqa məmləkətlərdən gəlib.
Mart turizmdə ən gur, fevral ən sönük ay kimi göstərilir, qeyd olunur ki, 2023-cü ilin ilk rübü ilə müqayisədə turist sayında 14,2 mindən çox geriləmə var.
Başqa bir məlumata əsasən, yanvar-fevral aylarında Ermənistanda 5477 nəfər doğulub, 4914 nəfər dünyasını dəyişib, 2602 nikah, 694 boşanma qeydə alınıb. Statistika Komitəsi bildirir ki, doğumda 390 nəfər azalma, ölüm hallarında 371 nəfər artım olub, nikahda 58 düşmə, boşanmada 33 yüksəliş rəsmiləşib.