Energetika Nazirliyinin 4 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 92,65 dollara satılır.
2024-ün dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” ilə 80,19 dollarla başlayıb.
Neft ixrac edən ölkələri birləşdirən OPEK təşkilatı və tərəfdaşlarının əldə etdiyi razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı 551 min barreli ötə bilməz.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir.
OPEK+ koalisiyasında Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan da təmsil olunur.