Türkiyədə martın 31-də keçirilmiş yerli seçkilərin ilkin nəticələrinə görə, Cümhuriyyət Xalq Partiyası 14 böyük şəhər, 21 şəhər, 337 rayon, 61 qəsəbədə bələdiyyə başçısı postunu götürür.
Ədalət və İnkişaf Partiyası 12 böyük şəhər, 12 şəhər, 356 rayon, 169 qəsəbədə qalib gəlir.
Qalan partiyalar üzrə bölgü belədir:
Xalqların Bərabərlik və Demokratiya Partiyası – 3 böyük şəhər, 7 şəhər, 65 rayon, 10 qəsəbə;
Yenidən Rifah Partiyası – 1 böyük şəhər, 1 şəhər, 39 rayon, 24 qəsəbə;
Milliyyətçi Hərəkat Partiyası – 8 şəhər, 122 rayon, 98 qəsəbə;
Yaxşı Partiya – 1 şəhər, 24 rayon, 7 qəsəbə;
Böyük Birlik Partiyası – 1 şəhər, 14 rayon, 5 qəsəbə;
Demokrat Partiyası – 2 rayon, 3 qəsəbə;
Demokratiya və Sıçrayış Partiyası – 1 rayon, 3 qəsəbə;
Səadət Partiyası – 1 rayon, 3 qəsəbə;
Demokratik Sol Partiya – 1 rayon, 2 qəsəbə;
Sol Partiya – 1 rayon, 1 qəsəbə;
Türkiyə Fəhlə Partiyası – 1 rayon;
Hür Dava Partiyası – 1 qəsəbə;
Məmləkət Partiyası – 1 qəsəbə.
Partiyasız namizədlər 9 rayon və 2 qəsəbədə önə çıxır.