![]({"full":{"0":"2022\/07\/Rovsen-Necef-2.jpg","1":754,"2":429,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2022\/07\/Rovsen-Necef-2.jpg"}})
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 2 aprel konfransında qurumun yeni prezidenti seçilib: Rövşən Nəcəf.
1982-ci il təvəllüdlü Rövşən Nəcəf iqtisadçıdır. İqtisadi İnkişaf Nazirliyində, Dövlət Neft Şirkətində, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də məsul vəzifələrdə çalışıb, Prezident Administrasiyasının innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, iqtisadiyyat nazirinin müavini, birinci müavini olub. 2022-ci il fevralın 10-da Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, prezident vəzifəsinin icraçısı, iyulun 21-də prezident təyin edilib.
30 noyabr 2022-ci ildən “Neftçi” klubunun Müşahidə Şurasının sədridir.
AFFA 1992-ci ildə yaradılıb. Əvvəllər prezident postunu Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayev tutublar.