• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ADR Avropa Məhkəməsinə üz tutur

  • 29 Mart 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Ali Məhkəmə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının şikayətini təmin etməyib. Rəsmi cavab partiyaya bu ay təqdim olunub.

Şikayətdə Bakı Apellyasiya Məhkəməsinin 3 iyul 2023-cü il qərarının ləğvi istənmişdi. Partiya sədrinin müavini Ədalət Yusub Novator.az-a deyib ki, istək təmin olunmadığı üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlanır.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il bir, 2022-ci ildə üç yol Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayət də fayda verməyib.

Dekabrın 22-də ADR beşinci dəfə Ədliyyə Nazirliyinə müraciət edib. 2023-cü il aprelin 11-də sənədlər baxılmadan geri qaytarılıb. Beşinci müraciətə cavabdan bəlli olub ki, Ədliyyə Nazirliyi partiyanın təyinatlı orqanlarının fəaliyyətinə xitam verilməsi qərarını qurumun buraxılması kimi yozub. Partiya yenidən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib, ancaq iyulun 3-də çıxarılan qərarla şikayət təmin olunmayıb.

Ədliyyə Nazirliyi dövlət qeydiyyatı ilə bağlı altıncı müraciətə də yox deyib, sənədləri geri qaytararaq “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun müraciət etmək təklifi verib.

1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun qurumun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyurdu. 2023-cü il yanvarın 11-də qüvvəyə minən yeni qanuna görə, qeydiyyat üçün partiyanın azı 5000 üzvü olmalıdır.

“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. 2023-cü il yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib, fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.

İyulun 23-də Qubad İbadoğlu həbs edilib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması; dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamları üzrə aparılır.

ADR Partiyası nazirliyə üz tutdu

ADR-in qeydiyyat müraciəti nə yerdədir?

ADR-in qeydiyyatı səssizlik içində

ADR Partiyasının sənədləri niyə geri qayıtdı?

ADR Partiyası yenə Ədliyyə Nazirliyinə üz tutur

ADR-in qeydiyyatı: müddət başa çatıb

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

ADR üçüncü cəhdə baş vurdu

ADR: qeydiyyat işi məhkəməyə gedir

ADR-in qeydiyyat məhkəməsi başladı

Məhkəməyə koronavirus əngəli

ADR Partiyası məhkəmədən nə cavab alıb?

ADR Ali Məhkəməyə şikayət verib

ADR-in Ali Məhkəmədən istəyi var

ADR sədrindən xitam sərəncamı

“Mübarizədə bundan sonra da varıq”

ADR-də müzakirə, planlar

ADR Partiyası yenidən təsis olunur

ADR-in işi beynəlxalq rəydə

“Hər kəs cavab verəcək”

ADR Partiyasının müraciət planları

Ədliyyə Nazirliyi ADR-ə təklif verib

ADR-in işi Avropa Məhkəməsində

ADR-in qeydiyyat işi daha bir prosesdən keçdi

ADR Ali Məhkəməyə üz tutur

Məzənnələrin ilk rübü

  • 29 Mart 2024
  • comments

Bank hesabatı

  • 29 Mart 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda