Gürcüstanın Milli Statistika Xidməti bildirir ki, fevralda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 0,3 artıb. Mehmanxana və ictimai iaşə xidmətlərində qiymət yüksəlişi 6,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,5 faiz, nəqliyyat xidmətlərində 4,8 faiz göstərilir.
Hesabata görə, spirtsiz içkilər və ərzaq 3,5 faiz, mebel və məişət əşyaları 3,3 faiz, geyim və ayaqqabılar 3 faiz ucuzlaşıb.