Martın 6-sı Türkiyədə ABŞ dollarının rəsmi kursu 31,6 lirəni ötüb. Azərbaycan Mərkəzi Bankı isə 100 Türkiyə lirəsini 5 manat 36 qəpiyə təklif edir. Bu, ilin siftə məzənnəsindən 35 qəpik aşağı göstəricidir.
2021-2023-cü illərdə 100 lirənin rəsmi qiyməti 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.
Türkiyənin Mərkəzi Bankı lirənin dəyər itirməsini dayandırmaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) davamlı artırır. 2023-cü il iyunun 22-dən 2024-cü il yanvarın 25-dək uçot dərəcəsi 8,5 faizdən 45 faizə qaldırılıb.