• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Astarada Şakir Yaqubov guşəsi

  • 27 Fevral 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Astaranın Kakalos kəndindəki Folklor evinə bağlı tarix-diyarşünaslıq muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi yaradılıb. Bu, muzeyin yaradıcısı və könüllü baxıcısı Fərbiyə Şabanovanın təşəbbüsüdür.

Şakir Yaqubov Kakalosa qonşu Bala Şahağac kəndində doğulub, orada səkkizillik məktəbi bitirdikdən sonra iki il digər qonşu kənd Pensərdə oxuyub. Fərbiyə xanım gələcəyin tanınmış jurnalistini məktəbli olarkən tanıyıb. Həmin vaxt o, mədəni-maarif ixtisası üzrə qiyabi ali təhsil alır, məktəbdə pioner baş dəstə rəhbəri (indiki anlamda məktəb uşaq təşkilatının rəhbəri) vəzifəsində çalışırmış. Həm dərs əlaçısı, həm də fəal ictimaiyyətçi kimi seçilən Şakir Yaqubov Fərbiyə xanımın uşaqlar üçün təşkil etdiyi təbirlərdə onun ən yaxın köməkçisi olarmış…

İllər ötür, Şakir Yaqubov Azərbaycanın nüfuzlu nəşrlərində çalışır, peşəkar jurnalist kimi tanınır, hörmət, ehtiram qazanır, Fərbiyə xanım isə uzun illər Astara rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyir, ahıl çağında isə doğma diyarın tarixinin öyrənilməsinə və təbliğinə töhfələr verir.

Şakir müəllimin jurnalist fəaliyyətini həmişə maraqla izləyən və bundan qürur duyan Fərbiyə xanım onun vəfatından sonra yaradıcısı olduğu muzeydə xatirə guşəsi təşkil etmək qərarına gəlir. Mərhum jurnalistin Bala Şahağacdakı qohumları, Bakıda yaşayan ailəsi ilə əlaqə qurur, xatirə guşəsi üçün lazım olan eksponatları əldə edir.

Fevralın 25-də – Şakir Yaqubovun doğum günündə mərhum jurnalistin ailə üzvləri və dostları Bala Şahağac və Kakalos kəndlərində olublar, Fərbiyə Şabanovanın muzeyini ziyarət ediblər. Bölgənin tarixinə, xalqın mədəni-mənəvi və etnik dəyərlərinə, zəngin talış mədəniyyətinə aid eksponatların toplandığı muzeylə tanışlıq hamıda xoş təəssürat oyadıb. Ziyarətçilər Şakir Yaqubovun xatirə guşəsinə yeni sənəd və fotoşəkillər təqdim ediblər. Fərbiyə xanım və ziyarətçilər unudulmaz jurnalistlə bağlı xatirələrini bölüşüb, onun müasir media mənsubları üçün nümunə olan yaradıcılığı və xeyirxah əməlləri barədə danışıblar.

Qonaqlar gördüyü vacib və gərəkli işə görə Fərbiyə Şabanovaya təşəkkür bildirib, ona uzun ömür, xeyirxah fəaliyyətində uğurlar arzulayıblar.

1951-ci ildə doğulan Şakir Yaqubov Bakı Dövlət Universitetini bitirib. “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.

“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.

Şakir Yaqubov 2022-ci il oktyabrın 15-i Bakıda vəfat edib. Ölümündən sonra jurnalistə həsr olunmuş “Ustadlıq missiyası” kitabı və özünün “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb.

Lirənin kursu

  • 27 Fevral 2024
  • comments

Ədliyyə Nazirliyində yeni rəhbər

  • 27 Fevral 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Anım
  • Bölgə
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda