![]({"full":{"0":"2021\/10\/Gurcustan-bayragi.jpg","1":757,"2":423,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2021\/10\/Gurcustan-bayragi.jpg"}})
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası baş nazir postuna namizədini açıqlayıb: İrakli Kobaxidze. Novator.az bildirir ki, 1978-ci il təvəllüdlü İrakli Kobaxidze hüquqşünas alimdir. 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub, 2021-ci ildən hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasına liderlik edib.
Gürcüstanda hökuməti parlamentdə çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.
2021-ci ildən baş nazir postunu tutan İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili 2013-2015-ci illərdə də hökumət başçısı olub.