Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 193 ölkə ilə ticarət əməliyyatları aparıb, 119 ölkəyə ixrac, 184 ölkədən idxal rəsmiləşib. Xarici ticarət dövriyyəsinin 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə faktiki qiymətlərlə 19,9 faiz, real ifadədə 4,6 faiz azaldığı, idxalın real ifadədə 4,6 faiz yüksəldiyi, ixracın 7,7 faiz düşdüyü bildirilir.
Başqa bir rəsmi məlumata əsasən, yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının payına düşüb.