Nazirlər Kabineti koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimini 2024-cü il aprelin 2-dək uzadıb. Qərar dekabrın 11-də verilib.
Rejimin 2024-cü il yanvarın 2-də başa çatması nəzərdə tutulmuşdu.
2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son ümumi hesabata görə, ölkədə 834172 nəfər koronavirusa yoluxub, onların 10376-sı vəfat edib, 38-i aktiv xəstədir, qalanları sağalıb.