2023-cü il noyabrın 1-nə Bakıda 17,1 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 829 milyon manat, Gəncə-Daşkəsən – 691,9 milyon manat, Lənkəran-Astara – 531,6 milyon manat, Mərkəzi Aran – 457,5 milyon manat, Şəki-Zaqatala – 435,7 milyon manat, Qazax-Tovuz – 420,9 milyon manat, Quba-Xaçmaz – 402,7 milyon manat, Qarabağ – 397,6 milyon manat, Naxçıvan – 380,4 milyon manat, Şirvan-Salyan – 369,6 milyon manat, Mil-Muğan – 243 milyon manat, Dağlıq Şirvan – 157,1 milyon manat.
Noyabrın 1-nə Bakıda 11,1 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belə rəsmiləşib: Abşeron-Xızı – 402,5 milyon manat, Gəncə-Daşkəsən – 198,4 milyon manat, Quba-Xaçmaz – 120,2 milyon manat, Lənkəran-Astara – 118,9 milyon manat, Şəki-Zaqatala – 108,9 milyon manat, Mərkəzi Aran – 107,2 milyon manat, Qazax-Tovuz – 102 milyon manat, Qarabağ – 78,9 milyon manat, Naxçıvan – 62,6 milyon manat, Şirvan-Salyan – 57,9 milyon manat, Mil-Muğan – 44,7 milyon manat, Dağlıq Şirvan – 36,9 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.