Mərkəzi Bank yeni statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, noyabrın 1-nə Azərbaycanda 22 milyard 459,7 milyon manat kredit, 12 milyard 564,1 milyon manat əmanət rəsmiləşib.
2023-cü il 19 milyard 594,4 milyon manat kredit, 11 milyard 743 milyon manat əmanətlə başlamışdı.
23 bankın cəmi aktivləri 46 milyard 146,6 milyon manat, cəmi öhdəlikləri 40 milyard 233 milyon manat göstərilir.
Yanvar-oktyabr aylarında problemli kreditlərin 153,3 milyon manat azaldığı vurğulanır. Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği yanvarın 1-nə 593,7 milyon manat, noyabrın 1-nə 440,4 milyon manat olub.