Dövlət Statistika Komitəsi 2023-cü il oktyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 919,8 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:
mədən sənayesi – 3374,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 2338,6 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1537,7 manat;
informasiya və rabitə – 1494 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1307,9 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1248,4 manat;
tikinti – 1044,3 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 956,2 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 879,1 manat;
emal sənayesi – 835,7 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 797 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 718,7 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 716,2 manat;
təhsil – 702,6 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 690,1 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 623,2 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 554 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 546,5 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 1071,5 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.