Noyabrın 18-də müdafiə sənayesi naziri postuna təyinat almış Vüqar Mustafayev Nazirlər Kabinetinin ən gənc üzvüdür. O, 1986-cı ildə doğulub.
Novator.az bildirir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci il təvəllüdlüdür.
Gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, səhiyyə naziri Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci ildə dünyaya gəliblər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov 1961-ci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə anadan olublar.
Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci, baş nazirin müavini Əli Əhmədov 1953-cü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1954-cü, ədliyyə naziri Fikrət Məmmədov 1955-ci, baş nazir Əli Əsədov 1956-cı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, müdafiə naziri Zakir Həsənov 1959-cu il təvəllüdlüdür.