![]({"full":{"0":"2023\/04\/Ermenistan-magaza.png","1":751,"2":503,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/04\/Ermenistan-magaza.png"}})
Ermənistanın Statistika Komitəsi inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, oktyabrda istehlak qiymətləri 2022-ci ilin eyni ayına nəzərən 0,1 faiz artıb, ərzaq və spirtsiz içkilər 3 faiz, rabitə xidmətləri 0,5 faiz ucuzlaşıb.
Alkoqollu içkilər və siqaretin 8,5 faiz, restoran və mehmanxana xidmətlərinin 5,2 faiz, təhsil sahəsinin 4,8 faiz, geyim və ayaqqabıların 4 faiz, nəqliyyat xidmətlərinin 2,7 faiz, səhiyyə xidmətlərinin 1,9 faiz, istirahət və mədəniyyət xidmətlərinin 1,1 faiz, kommunal xidmətlərin 1 faiz bahalaşdığı qeyd olunur.