2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 11,7 milyard dollar, Türkiyəyə 4,5 milyard dollar, İsrailə 1,2 milyard dollar, Yunanıstana 1,1 milyard dollar dəyərində məhsul ixrac olunub.
Novator.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, ilk onluqdakı başqa ixrac ünvanları belə sıralanıb: Rusiya – 864 milyon dollar, Hindistan – 744,5 milyon dollar, İspaniya – 712 milyon dollar, Gürcüstan – 579,1 milyon dollar, Almaniya – 553,8 milyon dollar, Çexiya – 530,6 milyon dollar.
İdxal tərəfdaşları siyahısında Rusiya 2 milyard 269,5 milyon dollarla birinci, Çin 2 milyard 210,5 milyon dollarla ikinci, Türkiyə 1,6 milyard dollarla üçüncü yerdə göstərilir.
Hesabata əsasən, doqquz ayda Almaniyadan 705,8 milyon, Türkmənistandan 614,1 milyon, ABŞ-dan 386,8 milyon, Fransadan 354,3 milyon, İrandan 340,8 milyon, Cənubi Koreyadan 317,4 milyon, İtaliyadan 312,3 milyon dollarlıq məhsul alınıb.