• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saxta və zərərli kampaniya

  • 29 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Azərbaycan Ordusu erməni silahlı separatizmini məğlub etdi. Separatçı iddialarını gerçəkləşdirmək üçün hərbi müstəvini, güc yolunu özləri seçmişdilər, sonda hərbi müstəvidə də məğlub oldular.

Ancaq azərbaycanlılar və ermənilər qonşu xalqlar olaraq qalacaqlar. Ona görə də erməni siyasətçilər, liderlər erməni separatizminin məğlubiyyətindən düzgün nəticə çıxarmalıdırlar.

Ermənistanın baş naziri Paşinyan hökumətin 28 sentyabr iclasında Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edib, beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə çağırıb. Başqa erməni liderlər də Azərbaycana qarşı eyni ritorika ilə danışırlar.

Öz xalqı üçün, bütövlükdə Cənubi Qafqazın Rusiya əsarətindən qurtuluşu üçün gördüyü yaxşı işlərə baxmayaraq deməliyik ki, Paşinyan Azərbaycanı etnik təmizləmədə ittiham etməklə çox böyük səhv edir. Birincisi ona görə ki, bu iddia tam yalandır. Biz azərbaycanlılar etnik təmizləmənin necə olduğunu çox yaxşı bilirik. Azərbaycanlılar 1988-ci ildə Ermənistandan qovulanda, öz torpağında didərgin düşəndə, zəngilanlılar Xocalı camaatı kimi soyqırımına məruz qalmamaq üçün soyuq payızda Arazı keçməyə məruz qalanda minlərlə dinc azərbaycanlı öldürülmüş, itkin düşmüş, əsir alınmış, əlil olmuşdu. Azərbaycanın Qarabağdan əlavə işğal olunmuş 7 rayonunda bircə bina da salamat qalmamışdı.

İndi Qarabağda bənzər heç nə baş vermir. Erməni əhali, özlərinin dediyi kimi, təşvişə və ya kənar təsirə düşüb sağ-salamat qaçırlar. Azərbaycan onlara humanitar yardım göstərir, səyyar xəstəxana açır, tıxacda qalan insanlara su və yardım təklif edir. Azərbaycanı tərk edən bu qədər erməni əhalinin bu günə qədər nəinki özünə, heç maşınının təkərinə belə toxunan olmayıb və bunu bütün dünya bilməlidir.

Azərbaycan hakimiyyətini çox şeydə ittiham etmək olar və biz bunu edirik. Ancaq etnik təmizləmə ittihamı kökündən yalandır. Tam əksinə, Azərbaycan hakimiyyəti də, müxalifəti də dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda yaşamağı seçən erməni əhalinin bütün hüquqları təmin olunacaq. Ancaq bütün bunlardan sonra erməni əhali Azərbaycanı tərk etməyi seçirsə, bu onların özlərinin azad seçimidir.

Erməni liderlərin Azərbaycana qarşı başlatdığı etnik təmizləmə ittihamı təkcə saxta deyil, həm də çox zərərli kampaniyadır. Belə kampaniya Ermənistanda qisasçılıq, Azərbaycanda özünü bu qisasçılıqdan qoruma hisslərini gücləndirəcək. Nəticə etibarilə Azərbaycana qarşı belə əsassız iddialar regionumuza möhkəm sülhün gəlməsini yenə də ləngidə bilər, regionun bundan sonra da gərginlik, etnik nifrət, savaş bölgəsi olaraq qalmasını arzu edən kənar qüvvələrin işinə yarayar.

Ağdərə

  • 29 Sentyabr 2023
  • comments

Zəngilan forumu

  • 29 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda