Müdafiə Nazirliyi Qarabağda sentyabrın 19-20-də keçirilmiş hərbi əməliyyatda şəhid olan hərbi qulluqçularının siyahısını yeniləyib. Novator.az bildirir ki, siyahıda 186 nəfərin adı yer alır.
Əməliyyatda Daxili İşlər Nazirliyi 12 şəhid verib, 1 mülki şəxs də həlak olub.
5 şəhidin şəxsiyyəti genetik müayinələrdə müəyyənləşəcək.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı erməni rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb.
Sentyabrın 28-də işğalçı Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.