• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada insan haqqı: yeni hesabat yayılıb

  • 28 Sentyabr 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Prezident Vladimir Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı total müharibə əmri verəndən Rusiyada insan haqlarının vəziyyəti xeyli pisləşib. Novator.az saytı ABŞ-ın “Associated Press” agentliyinə istinadla xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının təyin etdiyi xüsusi məruzəçi Mariana Kazarovanın ilk hesabatında belə deyilir.

Rusiyadakı vəziyyəti şərh edən Mariana Kazarova repressiyaların əsasən müharibəni tənqid edənlərə, eləcə də ümumən müxalif səslərə qarşı yönəldiyini vurğulayıb.

Hesabat Rusiyada insan hüquqları pozuntularını araşdıran müstəqil layihənin – “OVD-İnfo”nun avqust ayında təqdim etdiyi məlumata əsaslanıb. Həmin məlumata görə, keçən ilin fevralından iyun ayına qədər müharibə əleyhinə nümayişlərdə iştirak edən 20 mindən çox şəxs tutulub, habelə “müharibə əleyhinə fəaliyyət” ittihamı ilə 600-dən çox cinayət işi qaldırılıb. Həbs olunan etirazçıların yarıdan çoxunun qadınlar olduğu vurğulanır.

Mariana Kazarova mötəbər mənbələrdən çoxsaylı hüquq pozuntuları, o cümlədən işgəncə, cinsi təcavüz, zorlama ilə hədələməyə dair məlumatlar aldığını qeyd edib. Onun sözlərinə görə, bu işlərin heç biri rəsmi şəkildə araşdırılmayıb.

Hesabatda deyilir ki, iyulun sonuna Rusiya Ədliyyə Nazirliyinin “xarici agentlər” reyestrinə 649 təşkilat və fiziki şəxs daxil edilib: “Bu göstərici altı ayda həmin siyahıya daxil olanların sayının 25 faizdən çox artdığını göstərir. İyulun sonunda 100-dən çox təşkilat “arzuolunmaz” elan edilib. Bu onların fəaliyyətinin qadağan olunması anlamına gəlir”.

Mariana Kazarovanın hesabatı 60-dan çox Rusiya və beynəlxalq hüquq müdafiə təşkilatı, eləcə də şəxslə məsləhətləşmələr, o cümlədən hüquq müdafiəçiləri və hüquq pozuntuları şahidlərinin 100-ə yaxın yazılı təqdimatı əsasında tərtib edilib.

Mənbə: Apnews.com

Prezidentin səfəri

  • 28 Sentyabr 2023
  • comments

Qənirə Paşayeva vəfat etdi

  • 28 Sentyabr 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda