Azərbaycan Mərkəzi Bankı sentyabrın 27-də 100 Türkiyə lirəsinin məzənnəsini 6 manat 23 qəpiyə endirib. Bu, 2023-cü ilin siftə kursuna nəzərən 2 manat 84 qəpik aşağı qiymətdir.
Novator.az bildirir ki, yanvar 9 manat 7 qəpik, fevral 9 manat 4 qəpik, mart 9 manat, aprel 8 manat 86 qəpik, may 8 manat 74 qəpik, iyun 8 manat 19 qəpik, iyul 6 manat 53 qəpik, avqust 6 manat 31 qəpik, sentyabr 6 manat 36 qəpiklə start götürüb.
2021-2022-ci illərdə 100 lirənin rəsmi məzənnəsi 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.
Hazırda ABŞ dollarının rəsmi qiyməti 27,2 lirəni ötür.