Nazirlər Kabineti koronavirus infeksiyasına görə tətbiq olunan xüsusi karantin rejimini 2024-cü il yanvarın 2-dək uzadıb. Qərar sentyabrın 25-də verilib.
Rejimin oktyabrın 2-də başa çatması nəzərdə tutulmuşdu.
2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi hazırda ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son ümumi hesabata görə, ölkədə 832580 nəfər koronavirusa yoluxub, onların 10302-si vəfat edib, 147-si aktiv xəstədir, qalanları sağalıb.