• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağa yardım getdi

  • 22 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsində yaşayan erməni sakinlərə ərzaq yükü göndərib. AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də ərzaq məhsulları və gigiyenik vasitələr dolu 20 tonluq 2 yük avtomobili və 2 çörək maşını Ağdamdan yola salınıb.

Azərbaycan rəsmilərinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-i Yevlax şəhərində keçirilmiş görüşündə reinteqrasiya, infrastrukturun bərpası və fəaliyyətinin təşkili məsələləri müzakirə olunub. Erməni sakinlərin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər, eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin əlində qalır. Həmin ərazilərə Rusiya hərbçiləri nəzarət edir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda hərbi əməliyyata başlayıb. Sentyabrın 20-də ermənilər silahı yerə qoymaq, tam şəkildə tərksilah olmaq öhdəliyi götürüb.

İlk oyun 3 xal gətirdi

  • 22 Sentyabr 2023
  • comments

35 ölkə “Avroviziya 2024”ə hə deyib

  • 22 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda