Rəsmi məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 343,7 min nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz çox) əcnəbi gəlib: onların 31,7 faizi Rusiya, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, qalanları başqa ölkələrin vətəndaşlarıdır.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 23 faiz artımla 1 milyon 209 min nəfər göstərilir: onların 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiyaya, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi başqa ölkələrə səfər edib.
Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi yayıb.