Bakı Araşdırmalar İnstitutu rəsmi təhsil statistikası əsasında müqayisə aparıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə ölkədə 2168 məktəbəqədər təhsil müəssisəsi olub, 2021-ci ildə onların sayı 1828-ə düşüb.
1991-ci ildə 167 peşə təhsili müəssisəsi, 2021-ci ildə 99 analoji ocaq qeydə alınıb.
Orta ixtisas təhsili verən müəssisələrin sayı 1991-ci ildə 77 göstərilib, 2021-ci ildə belə təhsil ocaqlarının sayı 59-a enib.
1991-ci ildə ölkədə 18 ali məktəb fəaliyyət göstərib, 2021-ci ildə ali təhsil ocaqlarının sayı 51-ə yüksəlib.