Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatına görə, 2023-cü ilin yanvar-avqust aylarında 7598 cinayət faktı aşkarlanıb: onların 2659-u narkotik vasitələrin qanunsuz satışı, 4649-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması, 260-ı narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi, 30-u başqa cinayətlərdir.
Qanunsuz dövriyyədən müsadirə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin həcmi 5,8 ton, dəyəri 235 milyon 195 min manat göstərilir, 5721 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyi vurğulanır.
Dövlət komissiyasına baş nazirin müavini Əli Əhmədov sədrlik edir. Daxili işlər naziri Vilayət Eyvazovun sədr müavini olduğu qurumda Baş Prokurorluğun, Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və başqaları yer alır.