2023-cü il avqustun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 925,3 manat göstərilib. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi iqtisadi fəaliyyət növlərini orta maaşa görə belə sıralayıb:
mədən sənayesi – 3429,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 2411,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1554,8 manat;
informasiya və rabitə – 1514,7 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1322,7 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1239,4 manat;
tikinti – 1043,2 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 947,4 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 881,7 manat;
emal sənayesi – 840,5 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 803,1 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 735,6 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 716,7 manat;
təhsil – 711,8 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 691,1 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 620,4 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 551,1 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 544 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 1074,5 manat.
Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manatdır.
2023-cü il sentyabrın 1-nə 4 milyon 948,9 min nəfər məşğul şəxs, 235,9 min nəfər işsiz qeydə alınıb.