2023-cü il avqustun 1-nə Azərbaycan əhalisinin (Rusiya hərbçilərinin nəzarətində olan ərazidəki əhali çıxılmaqla) sayı 10 milyon 157 min 406 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyul aylarında 64627 doğum, 35142 ölüm halı, 29191 nikah, 12610 boşanma qeydə alınıb.
Hesabata əsasən, 2022-ci ilin yeddi ayı ilə müqayisədə doğum 9,8 faiz, ölüm halları 4,8 faiz, nikahlar 19,7 faiz azalıb, boşanmalar 40 faiz artıb.