2024-cü ilin Avropa futbol çempionatının seçmə mərhələsinin F qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 9-da dördüncü oyununu keçirib. Novator.az bildirir ki, Belçikanı qəbul edən yığma 1 cavabsız topla uduzub.
Estoniya – İsveç oyunu 0:5 hesabı ilə başa çatıb.
İlk dövrədən sonra Belçika və Avstriyanın 10, İsveçin 6, Estoniya və Azərbaycanın 1 xalı var.
Qalan oyunların təqvimi:
12 sentyabr
Belçika – Estoniya
İsveç – Avstriya
13 oktyabr
Avstriya – Belçika
Estoniya – Azərbaycan
16 oktyabr
Azərbaycan – Avstriya
Belçika – İsveç
16 noyabr
Azərbaycan – İsveç
Estoniya – Avstriya
19 noyabr
Belçika – Azərbaycan
İsveç – Estoniya.
Seçmə mərhələ 10 qrupda aparılır, birinci və ikinci yerləri tutan ümumilikdə 20 milli komanda final raunduna vəsiqə alır.
Daha 3 vəsiqə UEFA Millətlər Liqasının ən güclü komandalarına ayrılıb.
Avropa çempionatının final raunduna Almaniya ev sahibliyi edəcək.