Avqustun 18-nə olan beynəlxalq statistikaya görə, 190 ölkə və ərazidə 21,2 milyon nəfər aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ilk beşlikdə göstərilən Polşada xəstə sayı 1 milyonu, Vyetnamda 938 mini, ABŞ-da 807 mini, Braziliyada 796 mini, Cənubi Koreyada 695 mini ötür.
Rusiyada 146 min 221, İranda 93 min 261, Gürcüstanda 57 min 235, Qazaxıstanda 14 min 963, Ermənistanda 5 min 380 şəxsin hazırda müalicə aldığı qeyd edilir.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiya 226 ölkə, ərazi və məkanda 6,9 milyon adamın ölümünə gətirib.
Milli hesabata əsasən, Azərbaycanda 832044 nəfər koronavirusa yoluxub, onların 10295-i vəfat edib, 11-i aktiv xəstədir, qalanları sağalıb.
İnfeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.
Mənbə: Worldometers.info