Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında Azərbaycanda 53918 nəfər doğulub. Bu, 2022-ci ilin ilk yarısına nəzərən 12,3 faiz azdır.
Hər 1000 nəfərə doğum sayı 10,7 göstərilir.
Novator.az bildirir ki, Bakının Qaradağ rayonunda hər 1000 nəfərə 14,8, Yasamal rayonunda 12, Suraxanı rayonunda 11,6 doğum düşüb.
Xızıda hər 1000 nəfərə 11, Ağsuda 12,8, İsmayıllıda 12,3, Qobustanda 18,7, Şamaxıda 13,8, Daşkəsəndə 11,5, Goranboy və Göygöldə 12,4, Samuxda 11,7, Ağcabədidə 12,6, Ağdamda 14, Bərdədə 12, Füzulidə 12,2, Xocalıda 16, Xocavənddə 16,9, Şuşada 11,5, Tərtərdə 11,7, Ağstafada 11,1, Qazaxda 11,4, Şəmkirdə 10,9, Tovuzda 11,9, Xaçmazda 11,8, Qubada 12,5, Qusarda 10,8, Siyəzəndə 11,3, Şabranda 13,3, Astarada 14,1, Cəlilabadda 15,2, Lerikdə 14,3, Masallıda 11,1, Yardımlıda 16,3, Mingəçevirdə 10,8, Ağdaşda 11,4, Göyçayda 11, Kürdəmirdə 11,4, Ucarda 10,8, Yevlaxda 12,2, Beyləqanda 11,9, İmişlidə 12, Saatlıda 11,9, Sabirabadda 14,3, Qəbələdə 12,1, Cəbrayılda 11,1, Kəlbəcərdə 15,1, Qubadlıda 13,3, Laçında 14,5, Biləsuvarda 14,8, Hacıqabulda 12,2, Neftçalada 11, Salyanda 12,3 doğum rəsmiləşib.
Yarım ildə ölkədə 24146 nikah bağlanıb (2022-ci ilin ilk yarısına nəzərən 17,2 faiz az), hər 1000 nəfərə 4,8 nikah düşüb. Bakıda bu göstərici 5,1, Kəngərli və Sədərəkdə 4,9, Xızıda 5,1, Ağsuda 4,9, Qobustanda 6,1, Şamaxıda 5,3, Daşkəsəndə 5,5, Goranboyda 6,3, Samuxda 5,8, Ağcabədidə 5,9, Ağdamda 6, Bərdədə 5,6, Füzulidə 5,1, Xocalıda 8,2, Xocavənddə 5,9, Şuşada 6,3, Tərtərdə 5, Ağstafada 5,6, Gədəbəy və Şəmkirdə 5, Qazaxda 5,5, Tovuzda 5,7, Siyəzəndə 5,4, Şabranda 5,5, Astarada 5,9, Lerikdə 5,3, Yardımlıda 6, Göyçayda 4,9, Kürdəmir və Ucarda 5,8, Beyləqan və Sabirabadda 5,4, İmişlidə 6,3, Cəbrayılda 4,9, Kəlbəcərdə 6, Qubadlıda 6,4, Laçında 6,3, Zəngilan, Şirvan şəhəri və Biləsuvarda 5,4, Hacıqabulda 5,2 olub.