2023-cü il iyulun 1-nə Azərbaycanda hər 1000 nəfərə 2,1 boşanma düşüb. Novator.az bildirir ki, Bakıda analoji göstərici 3,1 olub, yarım ildə paytaxtın Yasamal rayonunda hər 1000 nəfərə 4,3, Suraxanı rayonunda 3,9, Xətai, Qaradağ, Səbail rayonlarında 3,7, Nərimanov rayonunda 3,2, Nizami rayonunda 3, Nəsimi rayonunda 2,7, Binəqədi rayonunda 2,6, Sabunçu rayonunda 2,3 boşanma rəsmiləşib.
Hər 1000 nəfərə boşanmanın 2,1-dən çox olduğu qalan bölgələr bunlardır:
Xocalı rayonu – 3,2
Naftalan şəhəri – 3
Mingəçevir şəhəri, Qubadlı rayonu – 2,8
Zəngilan rayonu – 2,7
Sumqayıt şəhəri, Şuşa rayonu – 2,6
Gəncə şəhəri, Daşkəsən rayonu – 2,5
Şabran rayonu – 2,4
Göygöl, Ağdam, Füzuli, Xocavənd rayonları – 2,3
Şirvan şəhəri, Xızı, Bərdə, Yevlax, Qax, Kəlbəcər rayonları – 2,2
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-iyun aylarında Azərbaycanda 10631 boşanma qeydə alınıb. Bu, 2022-ci ilin ilk yarısına nəzərən 40 faiz çoxdur.