• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazim Bəydəmirli özünü ekologiya məhbusu sayır

  • 11 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Vəkil Aqil Layic avqustun 10-u Bakı İstintaq Təcridxanasında məhbus iqtisadçı, iş adamı Nazim Bəydəmirliyə baş çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, Nazim Bəydəmirli rəsmi ittihamı tam cəfəngiyat adlandırır, özünü ekologiya məhbusu hesab edir, həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisələrlə bağlayır: “Nazim Bəydəmirli deyir ki, onun ekoloji təmizliyin qorunması çağırışları prezidentin Söyüdlü hadisələri ilə bağlı dedikləri ilə üst-üstə düşür və təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır”.

1963-cü ildə Gədəbəyin Çay Rəsullu kəndində doğulan Nazim Bəydəmirli iqtisad elmləri doktorudur. 1993-cü ildən Rusiyada, 2000-ci ildən Azərbaycanda biznes fəaliyyəti göstərib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. Bu əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Rəsmi iddiaya görə, Nazim Bəydəmirli bir vətəndaşı rüsvay etməklə hədələyərək 50 min manat istəyib, iyunun 24-də ondan 10 min manat alıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəzi hüquq müdafiəçiləri, siyasətçilər və ictimaiyyət nümayəndələri Nazim Bəydəmirlinin həbsini Söyüdlü olayı ilə bağlayıb.

Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirib ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir göstərib.

Polis əməkdaşları aksiyanı dağıdıb. Tutulanlar var.

20 iyun aksiyasından sonra Nazim Bəydəmirli Söyüdlü sakinlərinin haqlı tələblərlə çıxış etdiyi barədə açıqlamalar verib, qızıl emalı müəssisəsinin əhali, flora və fauna üçün təhlükələr törətdiyini deyib.

İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdəki tullantıxana (süni göl) sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb.

İyulun 11-i sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirən prezident İlham Əliyev Söyüdlü olayına toxunaraq sakinlərin narazılığını haqlı saydığını vurğulayıb.

Söyüdlü kəndində monitorinqə məsul komissiya iyulun 18-də Nazirlər Kabinetinə təkliflər təqdim edib. Rəsmi məlumatda qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığını almayıb, bu səbəbdən müəssisənin fəaliyyətini müvəqqəti dayandırmaq gərəkdir.

Söyüdlüdəki qızıl yatağını Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti istismar edir. Şirkətin əsas payçısı iranlı ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir.

Yatağın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb, 2022-ci ildə yenilənib.

Sabiq deputat tutulub

Nazim Bəydəmirli dörd aylıq həbsə getdi

Həbsə etirazlar

Nazim Bəydəmirli həbsdə saxlandı

Nazim Bəydəmirliyə danışıq qadağası

UEFA-nın klub reytinqi

  • 11 Avqust 2023
  • comments

Məhdudiyyət yox, halallıq

  • 11 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda