2023-cü ilin iyulunda Ukraynada istehlak iyun ayına nəzərən 0,6 faiz ucuzlaşıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Xidməti bildirir ki, ərzaq məhsulları və alkoqolsuz içkilər 1,9 dəyər itirib, tütün məmulatları və spirtli içkilərin qiyməti 1 faiz yüksəlib.
Nəqliyyat xidməti üzrə 2,7 faiz, rabitə xidməti üzrə 0,3 faiz bahalaşma olduğu vurğulanır.
Yeddi aylıq inflyasiya 4 faiz göstərilir, 2022-ci ilin iyul ayı ilə müqayisədə isə 11,3 faiz bahalaşma qeydə alındığı xəbər verilir.
Ukraynada müharibə gedir. Rusiya 2014-cü ildə ölkənin Krım bölgəsini tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Mənbə: Reuters.com