Avqustun 10-da yenilənən beynəlxalq statistika 189 ölkə və ərazidə 21 milyon 90,2 min nəfərdən çox aktiv koronavirus xəstəsi olduğunu göstərir. Novator.az bildirir ki, ilk beşlikdə yer alan Polşada xəstə sayı 1 milyon 62,6 mini, Vyetnamda 938,5 mini, Braziliyada 784,9 mini, ABŞ-da 712,9 mini, Cənubi Koreyada 688,1 mini ötür.
Rusiyada 146251, İranda 93335, Gürcüstanda 51889, Qazaxıstanda 14963, Ermənistanda 5360 nəfər müalicə altındadır.
Milli hesabata əsasən, Azərbaycanda 832036 nəfər koronavirusa yoluxub, onların 10293-ü vəfat edib, 12-si aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb.