Daxili İşlər Nazirliyinin hesabatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış cinayətlərin 30,1 faizi narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar olub: “Cinayətlərin 61,6 faizi narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanın, 34,7 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud satmanın, 2,8 faizi tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz kultivasiya etmənin, 0,8 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsinin, 0,1 faizi başqa cinayətlərin payına düşüb.
Yarım ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 şəxs müəyyən edilib, onların 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşlı, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı, 77,4 faizi 30 və yuxarı yaşlı şəxslərdir”.