Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında Azərbaycanda 18 milyard 177,8 milyon kubmetr əmtəəlik təbii qaz istehsal edilib (2023-cü ilin əvvəlinə olan ehtiyatlar nəzərə alınmaqla): “Ehtiyatların 29,9 faizi ölkədə istehlak olunub, 56,5 faizi ixraca yönəlib, 1,5 faizi itkiyə gedib, 12,1 faizi ehtiyat kimi qalıb.
Ölkədə istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf olunub, 40,4 faizi əhaliyə satılıb, 2022-ci ilin ilk yarısı ilə müqayisədə 4 faiz çox təbii qaz ixrac edilib.
Əhali 2 milyard 527,7 milyon kubmetr təbii qaz istehlak edib, bunun 38,6 faizi Bakı şəhərinin payına düşüb”.
Azərbaycanda təbii qaz əhaliyə bu tariflərlə satılır: 1200 kubmetrədək (1200 kubmetr daxil) istehlak – kubmetri 12 qəpik; 1200-2500 kubmetr istehlak – kubmetri 20 qəpik; 2500 kubmetrdən çox istehlak – kubmetri 25 qəpik.