• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uyğur şairin soyqırımı xatirələri – “Nyu-York Tayms”

  • 07 Avqust 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

“Nyu-York Tayms” qəzeti məşhur uyğur şair, kinorejissor Tahir Hamut İzgilin “Gecələr həbs gözləmək: uyğur şairin Çinin apardığı soyqırımı haqda xatirələri” adlı yeni kitabından parçalar dərc edib.

Novator.az bildirir ki, Tahir Hamut İzgil 1969-cu ildə Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə, qədim Qaşğar şəhərində doğulub. Paytaxt Pekində kolleci bitirəndən sonra Sincan Uyğur Muxtar Rayonunda müəllimlik edib. 1990-cı illərdə magistratura təhsili almaq məqsədilə Türkiyəyə getmək istəyərkən həbs olunub, məxfi materialları ölkədən qanunsuz çıxarmağa cəhddə təqsirli bilinərək Sincanda əsir düşərgəsinə salınıb. Üç il sonra azadlığa çıxıb, Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində rejissor kimi fəaliyyət göstərib.

2017-ci ildə, Çində uyğurlara qarşı repressiyaların gücləndiyi, o cümlədən uyğur ziyalıların daha kütləvi şəkildə təqib olunduğu dövrdə Tahir Hamut İzgil ailəsi ilə birlikdə ABŞ-a qaça bilib.

“Nyu-York Tayms” yazır ki, ABŞ-a gələndən sonra Tahir Hamut İzgil Çində cərəyan edən prosesləri danışmağa ehtiyac olduğunu görüb: “O, Çində uyğurların başına gətirilən fəlakətlərdən hamının xəbərdar olmasını istəyir, həmçinin dünyanın bu müsibətlərdən dərs çıxarmasını vacib sayır”.

Tahir Hamut İzgil yeni kitabında 2022-ci ilin fevralından Rusiya prezidenti Vladimir Putinin Ukraynada total müharibə apardığını xatırladır: “Amma Çin lideri Si Cinpin indiyədək bu müharibənin təcavüz kimi qiymətləndirilməsinə qarşı çıxır. Çünki bu iki avtoritar liderin ortaq maraqları var, bunu görmək üçün siyasətçi olmağa ehtiyac yoxdur.

Rusiya müharibəyə başlayandan az sonra Avropada məskunlaşmış bir neçə uyğur gənc Ukraynanın köməyinə yollanıb. Bunu biləndə mən çox mütəəssir oldum.

Türkiyədə yaşayan daha iki gənc uyğur isə cəbhədə ukraynalılara qoşulmağın yolunu öyrənmək üçün birbaşa mənə müraciət edib. Bunun çox təhlükəli olduğunu desəm də, gənclər fikirlərini dəyişmədilər, uyğurların yardıma ehtiyac duyanlarla həmrəyliyini dünyaya göstərmək üçün ölümə getməyə hazır olduqlarını söylədilər.

Uyğur gənclərin Türkiyədə hüquqi statusu qeyri-müəyyəndir. Onlar Ukrayna dilini bilmirlər. Bütün bunlar onların Ukraynaya gedişinə mane olur. Ancaq gənc uyğurlar öz icmalarının üzləşdiyi vəhşiliklərlə Rusiyanın Ukraynaya tutduğu divan arasında bir bağlılıq olduğunu yaxşı anlayırlar.

Uyğur diasporu Çində baş verən soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, beynəlxalq aləmi əməli addım atmağa sövq etmək üçün durmadan çalışır. Biz acı təcrübəmizi, yaşadıqlarımızı, keçirdiyimiz hissləri daim bütün dünya ilə bölüşürük. Bu fəaliyyətə təkcə bizim öz icmamızın faciəsini anlatmaq cəhdi kimi baxmaq olmaz. Uyğurların haqqını qorumağa çağırış əslində dünyanın hər yerində insan haqlarını qorumağa çağırış deməkdir. Repressiya kimi, ədalət də yoluxucu ola bilər. Bəşəri dəyərlərin miqyası avtokratların əhatə dairəsindən daha genişdir.

Sizi avtoritarizmin son qalıqlarının törətdiklərinə biganə qalmamağa çağırıram. Elə bilməyin mənim xalqımın başına gələnlər ayrı xalqın, o cümlədən sizin xalqın başına gələ bilməz. Xeyr, elə deyil. Hamı bu cür faciələrlə üzləşə bilər”.

Mənbə: Nytimes.com

Bölgə səfəri

  • 07 Avqust 2023
  • comments

İşğalçı rejimin “parlamentində” daşnak “sədr”

  • 07 Avqust 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Poeziya

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda