• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Surət Davud oğlu Hüseynov

  • 01 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sabiq baş nazir Surət Hüseynov iyulun 31-də vəfat edib.

Novator.az bildirir ki, Surət Davud oğlu Hüseynov 1959-cu il sentyabrın 13-ü Kirovabad (Gəncə) şəhərində doğulub. Azərbaycan Texnologiya İnstitutunu (Universitetini) bitirib, müxtəlif yüngül sənaye müəssisələrində məsul vəzifələr tutub.

1990-cı ildə parlamentin deputatı seçilib.

Birinci Qarabağ müharibəsinin ilk dövründə cəbhə bölgəsinə davamlı yardımları ilə ad çıxarıb.

1992-ci il iyulun 2-də prezident Əbülfəz Elçibəy Surət Hüseynovu baş nazirin müavini, Qarabağ bölgəsi üzrə fövqəladə səlahiyyətli nümayəndəsi təyin edib.

2-ci ordu korpusuna komandirlik də edən Surət Hüseynov oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

1993-cü ilin qışında siyasi hakimiyyətlə Surət Hüseynov arasında ziddiyyətlər yaranıb. Fevralın 17-də Surət Hüseynov baş nazirin müavini, prezidentin Qarabağ bölgəsi üzrə fövqəladə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Korpus komandirliyini də təhvil verən Surət Hüseynov martın 4-də “Azəryunsənaye” Dövlət Şirkətinin prezidenti təyin olunub.

İyunun 4-ü Gəncədə siyasi hakimiyyətə hərbi qiyam qaldırılıb. Surət Hüseynovun başçılıq etdiyi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib, iyunun 15-də Heydər Əliyev parlament sədri seçilib, iyunun 24-dən prezident səlahiyyətlərini də icra edib.

İyunun 30-da Surət Hüseynov baş nazir vəzifəsinə gətirilib.

1994-cü il oktyabrın 4-də Surət Hüseynova yaxın çevrənin Gəncə şəhərində hərbi qiyama cəhd etdiyi bəyan olunub.

Oktyabrın 7-də Surət Hüseynov baş nazir vəzifəsindən azad edilib.

Oktyabrın 14-də parlament Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib.

Oktyabrın 30-da Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.

1997-ci ildə Surət Hüseynov Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilib, 1999-cu il fevralın 10-da ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

2004-cü il martın 17-də prezident İlham Əliyev Surət Hüseynovu əfv edib.

Avqustda hava

  • 31 İyul 2023
  • comments

17 aktiv xəstə var

  • 01 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda