Milli Hidrometeorologiya Xidmətinin rəsmi proqnozuna görə, avqust ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olması (bəzi gündüzlər 36-41 dərəcə isti) gözlənir.
Başqa bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir:
Naxçıvan, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur – 26-29 dərəcə isti (bəzi gündüzlər 38-43 dərəcə isti);
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy – 17-21 dərəcə isti (bəzi gündüzlər 29-34 dərəcə isti);
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan – 20-23 dərəcə isti (bəzi gündüzlər 29-34 dərəcə isti);
Qazax, Gəncə, Tərtər, Füzuli – 25-27 dərəcə isti (bəzi gündüzlər 36-41 dərəcə isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 23-25 dərəcə isti (bəzi gündüzlər 33-38 dərəcə isti);
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala – 26-29 dərəcə isti (bəzi gündüzlər 38-43 dərəcə isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad – 23-28 dərəcə isti (bəzi gündüzlər 36-39 dərəcə isti).