Ümumi hesabata görə, Azərbaycanda 832021 nəfər koronavirusa yoluxub, onların 10290-ı vəfat edib, 17-si aktiv xəstədir, qalanları sağalıb.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
2023-cü ilin statistikası belədir: 5620 yoluxma, 282 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 413 min nəfərə bir, 4 milyon 884,2 min nəfərə iki, 3 milyon 404,8 min nəfərə azı üç, 266,3 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.