• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu həbsdə qaldı

  • 28 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsindən şikayətə baxıb. Şikayət təmin olunmayıb, Qubad İbadoğlu həbsdə saxlanıb.

Qubad İbadoğlu prosesdəki çıxışında vətənə və dövlətə bağlı olduğunu vurğulayıb, ittihamları rədd edərək bəraətlə azadlığa buraxılmasını istəyib.

Məhbusun qardaşı Qalib Toğrul Novator.az-a deyib ki, tutulandan bəri Qubad İbadoğlunun ailə üzvləri və yaxınları ilə görüşünə, hətta telefonla danışmasına imkan verilməyib və bu, çox böyük narahatlıq doğurur: “Qubad şəkər xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkir. Saxlanma şəraitinin, səhhətinin necə olduğunu bilmək istəyirik”.

Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Məlumata görə, vətəndaş Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İyulun 26-sı Qubad İbadoğlunun Bakıdakı mənzilində və Novxanı qəsəbəsindəki bağ evində axtarış aparılıb. Mənzildən Qubad İbadoğlunun övladlarına məxsus iki kompüterin prosessorları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nəşr etdiyi “İslam peyğəmbəri” kitabı (müəllifi amerikalı islam tədqiqatçısı Məhəmməd Həmidullahdır) götürülüb.

Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunun üç vəkili var: Zibeydə Sadıqova, Bəhruz Bayramov, Fəxrəddin Mehdiyev.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, dövlət qeydiyyatında olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

İsveç Rusiya burulğanında – “Reuters”

  • 28 İyul 2023
  • comments

Dünya mediasından

  • 28 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda