Ermənistanın Turizm Komitəsi yarım illik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkəni ziyarət edən turistlərin sayı 1 milyon nəfəri ötüb, onların 52 faizi Rusiyadan, 11 faizi Gürcüstandan, 6 faizi İrandan, 2 faizi ABŞ-dan gəlib.
İlk onluqda Ukrayna, Hindistan, Almaniya, Fransa, Belarus, Çin təmsilçiləri də yer alır.
Hesabata əsasən, altı ayda Ermənistana ayaq basan turistlərin çoxu 36-63 yaşlı ziyarətçilər olub.