• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

  • 25 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 25-də məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun hüquqlarını müdafiə edən ictimai komitə yaradılıb. Novator.az-ın məlumatına görə, siyasətçilərin, hüquq müdafiəçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin daxil olduğu komitəyə tarix elmləri doktoru, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli rəhbərlik edəcək. Komitədə media ilə əlaqələrə, beynəlxalq əlaqələrə və hüquqi məsələlərə məsul üç işçi qrupun fəaliyyət göstərəcəyi bildirilir.

Qubad İbadoğlu iyulun 24-dən Bakı İstintaq Təcridxanasında saxlanır. Həmin gün Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Qərardan apellyasiya şikayəti verilib. Qubad İbadoğluna Zibeydə Sadıqova vəkillik edir.

Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Məlumata görə, vətəndaş Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakının Nərimanov rayonunda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Elmi əsərlər, kitablar, monoqrafiya və dərs vəsaitləri müəllifidir.

“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.

Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının, 2021-ci ildə həmin qurumun bazasında yaradılmış Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri seçilib.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Bölgələrdə kredit və əmanət

  • 25 İyul 2023
  • comments

7024 fövqəladə hadisə, 33 ölüm

  • 25 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda