• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

  • 24 İyul 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nərimanov Rayon Məhkəməsi iyulun 24-də istintaq orqanının təqdimatına baxaraq iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Yenilənən ittihamla Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3-cü maddəsi ilə təqsirləndirilir. Həmin maddəyə görə, mütəşəkkil dəstənin satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlaması, habelə əldə etməsi və ya satma 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyat yoldaşı ilə birgə Novxanıdakı evinə gedərkən tutub.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib, saxlanan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib, həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb.

Məlumata görə, vətəndaş Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. İyulun 23-də Bakının Fətəli xan Xoyski küçəsində yerləşən mənzildə axtarış zamanı 40 min dollar aşkarlanıb. Mənzil Qubad İbadoğlunun adınadır, oradan ADR Partiyasının ofisi kimi istifadə olunur. Qubad İbadoğlu ifadəsində Anar Əliyevi tanımadığını, ofisdən çıxan pulun ona məxsus olmadığını bildirib.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib, Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciətlər, bu yöndə məhkəmə çəkişmələri fayda verməyib.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Azərbaycan komandalarının mümkün rəqibləri

  • 24 İyul 2023
  • comments

Cəza başa çatdı

  • 24 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda