![]({"full":{"0":"2023\/05\/Shusha-1.png","1":780,"2":439,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/05\/Shusha-1.png"}})
AZƏRTAC xəbər verir ki, iyulun 21-23-ü Şuşa şəhərində “4-cü sənaye inqilabı dövründə yeni media” mövzulu Qlobal Media Forumu keçiriləcək. Prezident İlham Əliyevin forumda çıxışı və iştirakçılarla görüşü gözlənir.
Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi qatılacaq.
1875-ci ildə Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirməyə başladığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb. 1991-ci il iyulun 5-də 22 iyul – “Əkinçi”nin birinci nömrəsinin çapdan çıxdığı gün Azərbaycan Jurnalistikası Günü elan edilib.