Gürcüstanın Milli Turizm Administrasiyası yarım illik statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-cü ilin ilk yarısında ölkəyə 2,8 milyon əcnəbi gəlib, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 75,9 faiz artım qeydə alınıb.
Ziyarətçilərin 1,9 milyon nəfərinin turistlər olduğu (2022-ci ilin ilk yarısına nəzərən 59,6 faiz artım) xəbər verilir, statistikanın ilk beşliyində Türkiyə (582,5 min nəfər), Rusiya (577,6 min nəfər), Ermənistan (397,1 min nəfər), İsrail (106,5 min nəfər), Azərbaycan (85,8 min nəfər) təmsilçiləri göstərilir.
Mənbə: Georgia.travel