• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnflyasiya qeydi

  • 18 İyul 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

Rəsmi hesabata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri 2022-ci ilin ilk yarısına nisbətən 12,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz, qeyri-ərzaq məhsulları 11,4 faiz, ödənişli xidmətlər 10,5 faiz bahalaşıb.

İyulun 11-də sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə danışan prezident İlham Əliyev inflyasiyanın ikirəqəmli olmasından gileylənib, ilin sonuna qədər birrəqəmli səviyyəyə düşəcəyinə inandığını vurğulayıb.

İyulun 15-də baş nazir Əli Əsədov inflyasiya və qiymətlər üzrə monitorinqə məsul işçi qrupun yaradılmasına sərəncam verib. Nazirlər Kabineti Aparatı rəhbərinin başçılıq etdiyi, iqtisadiyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, energetika nazirinin müavini, səhiyyə nazirinin müavini, maliyyə nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavininin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin, Mərkəzi Bankın baş direktorunun təmsil olunduğu işçi qrupa ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görərək ayda bir dəfə Nazirlər Kabinetinə hesabat vermək tapşırılıb.

Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu işçi qrupu Aİ-95 benzininin qiymətinə diqqət yetirməyə çağırıb: “2022-ci il iyulun 13-dən Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin litri 1 manat 60 qəpikdən 2 manata yüksəlib. Aİ-95-in litrinin idxal dəyəri 2022-ci ildə 1 manat 31 qəpik olub. 2023-cü ilin ilk yarısının göstəricilərinə əsasən, idxal dəyəri 1 manat 18 qəpiyə düşüb. Ancaq benzinin qiymətində ucuzlaşma getmir. Aİ-95 bahalaşanda rəsmi izahat bu idi ki, qiyməti bazar tənzimləyir. Doğrudan elədirsə, onda nədən Aİ-95 dünya bazarında ucuzlaşdığı halda Azərbaycanda yenə baha satılır?”

Dövlət qulluqçularının sayı və maaşı necə dəyişib?

  • 18 İyul 2023
  • comments

Nikah tarixçəsi (1991-2023)

  • 18 İyul 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda